İran Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.
Açıqlamada, biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tankerin ölkənin cənubunda ələ keçirildiyi bildirilib.
Sözügedən tankerlərin ekipajının saxlanıldığı qeyd edilib.
Aysu Demokrat.az


