Gündəm

2023-cü ildə itirdiklərimiz —SİYAHI

2023-cü ildə itirdiklərimiz —SİYAHI

2023-cü ilin bitməsinə sayılı günlər qalıb. İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib.

Axşam.az 2023-cü ildə itirdiyimiz mə.hurların siyahısını təqdim edir.

Əməkdar artist, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa Tünzalə Əliyevada bu il itirdiyimiz məşhurlardan olub. Aktrisa uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, yanvarın 22-də dünyasını dəyişib.

Bu ilin fevralında Xalq artisti Ramiz Novruzuzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Əməkdar mədəniyyət işçisi Oqtay ƏliyevNovruz bayramı ərəfəsindən dünyasını dəyişib. O, avtomobil qəzası keçirib və hadisə yerində vəfat edib.

Xalq artistiAzər Paşa Nemətovvəfat edib.Akademik Milli Dram Teatrının direktoru bu ilin aprelindədünyasını dəyişib.

Rejissor Anar Hüseynovbu ilin yanvarında vəfat edib. Uzun müddət Rusiyada yaşayan rejissor şəkər xəstəsi olub, onun şəkəri qalxıb və komaya düşüb.

Müğənni Zeynəb Dostəliyevabu il vəfat edib. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb qaraciyər sirrozundan əziyyət çəkirdi.

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğluvəfat edib.Sənətçi 67 yaşında dünyasını dəyişib.

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistiƏli Əsgərovvəfat edib. O, bu ilin fevralında 62 yaşında dünyasını dəyişib.

Əməkdar artist Yasəf Eyvazovvəfat edib.Ud ifaçısı bu ilin martında dünyasını dəyişib.

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlibu il dünyasını dəyişənlər siyahısında yer alıb. O, ürəktutmadan dünyasını dəyişib.

Xalq artisti, Akademik Rus Dram Teatrının rejissoru İranəTağızadəbu ilvəfat edib. Əməkdar artist Firdovsi Atakişiyevin xanımı olan İranə 65 yaşında dünyasını dəyişin.

Xalq artisti Aftandil İsrafilovuzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib. Qarmon ifaçısı müalicə aldığı xəstəxanada vəfat edib.

Əməkdar artist Elxan Qasımovbu ilin mayında vəfat edib. Aktyor qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilib, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısıNatəvan Babayevavəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.

“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artistRüfət Babayevbu ilin iyulunda vəfat edib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibiCəmil Fərəcovvəfat edib. 77 yaşlı kinorejissorun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əməkdar artist, rəqqasəAliyə Ramazanovada bu il vəfat edib.

Rəssam, aktrisaAlagöz Salahovabu il dünyasını dəyişib.Xalq rəssamı Tahir Salahovun qızı olan Alagöz 70 yaşında vəfat edib.

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlubu ilin sentyabrında dünyasını dəyişib.Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədünyasını dəyişib.Akademik 93 yaşında vəfat edib.

Millət vəkili Qənirə Paşayevamüalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsüƏsəd Əsədovvəfat edib.Tanınmış kino xadimi 76 yaşında dünyasını dəyişib.

ModelGünay Zeynalovada bu il dünyasını dəyişib. Onun ölümünə səbəb miqren olub.

Tanınmış müğənni, qarmon ifaçısıHüseyn Bakılı (Hüseynəli Həsənov)72 yaşında vəfat edib.

Bəstəkar, əməkdar incəsənət xadimiMobil Babayevbu ilin noyabrında vəfat edib.

NE
Nihadə Eyyubova