Xarici siyasət

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə görüşdü — FOTO

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə görüşdü — FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində ölkələr arasında siyasi dialoqun daha da gücləndirilməsi, həmçinin enerji, turizm, investisiyalar və təhsil kimi əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

D
demokrat.az