Hadisə Özəl

Cənubi Afrikada mədəndə baş verən qəzada 11 nəfər ölüb

Cənubi Afrikada mədəndə baş verən qəzada 11 nəfər ölüb

Cənubi Afrika Respublikasının Şimal-Qərb əyalətində mədəndə baş verən qəzada 11 işçi həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə SABC dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Rustenburq şəhərində platin mədənində 86 işçinin olduğu liftin ipi qopub.

Qəza nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. Xəsarət alan işçilərdən 42-si xəstəxanaya yerləşdirilib.

Səlahiyyətlilər qəza ilə bağlı araşdırma başladıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova