Hadisə Özəl

İki avtomobil toqquşdu: 2 ölü, 1 yaralı

İki avtomobil toqquşdu: 2 ölü, 1 yaralı

Türkiyənin Diyarbakır vilayətində baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hələlik sürücülərinin adları məlum olmayan iki avtomobil idarəetmədən çıxaraq toqquşub.

Hadisə yerinə Təcili Tibbi Yardım, xilasetmə və polis qrupları cəlb olunub.

Qəzada avtomobillərdə olan 2 nəfər hadisə yerində dünyasını dəyişib, 1-i isə yaralanıb.

Yaralı Xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova