Hadisə

Bakı-Şamaxı yolunda avtomobil aşıb: Xəsarət alanlar var

Bakı-Şamaxı yolunda avtomobil aşıb: Xəsarət alanlar var

Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.

Bununla bağlıOxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İdarənin inspektoru, polis leytenantıElvin Hacıyevbildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:

“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı”.

NE
Nihadə Eyyubova