Aİ “təmiz enerji” planı çərçivəsində Macarıstana qeyd-şərtsiz 920 milyon avro köçürməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası qlobal enerji bazarındakı pisləşməyə qarşı olaraq həyata keçirdiyi “REPowerEU” Planı çərçivəsində Macarıstana 920 milyon avro köçürməyə hazırlaşır.
Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra həyata keçirilən “RePower EU”Avropa İttifaqının idxal olunan qalıq yanacaqlardan uzaqlaşmaq və yaşıl transformasiyanı sürətləndirmək planıdır.
Təmiz enerji layihələrini başlatmaq üçün “RePower EU “çərçivəsində onlara ayrılan nağd pulun 20 faizini “öncədən maliyyələşdirmə” kimi almaq hüququ var.
Aysu Demokrat.az


