Gündəm Özəl

Bayram ərəfəsində əfv sərəncamı gözlənilirmi? — AÇIQLAMA

Bayram ərəfəsində əfv sərəncamı gözlənilirmi? — AÇIQLAMA

“Əfv Prezidentin səlahiyyətində olan məsələdir. Amma əfv sərəncamlarının imzalanması xronologiyasına nəzər salsaq ki, görərik ki, il ərzində bir qayda olaraq bir əfv sərəncamı olur. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı may ayında Azərbaycanda bu günə qədər ən çox sayda insanı əhatə edən əfv sərəncamı verildi, 800-dən artıq məhkumu əhatə etdi. Fikrimcə bu il ərzində ikinci dəfə əfv imzalanması ehtimalı yüksək deyil”.

Bunu Demokrat.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir:

Bayram ərəfəsində əfv sərəncamı gözlənilirmi? — AÇIQLAMA

“Ümumiyyətlə, əfv sərəncamının verilməsi müstəsna şərtlər daxilində baş verir. Əgər əfv sərəncamlarının mütəmadi verilməsi praktikasına başlanılsa, bu, əfvin fəlsəfəsinə, şərtlərinə zidd olar. Müvafiq sərəncam qəbul ediləndə həmin şərtlər toplusuna əməl olunmalıdır. Bütün dünyada belədir.

Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı olub. Bunlardan 35-i cənab Prezident İlham Əliyev tərəfindən, 33-ü isə Ulu Öndər Heydər Əliyevin zamanında verilib. Bütövlükdə təxminən 5 mindən bir qədər artıq şəxsi əhatə edib”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova