Avto

Bu il Azərbaycana xaricdən nə qədər maşın gətirilib? — STATİSTİKA

Bu il Azərbaycana xaricdən nə qədər maşın gətirilib? — STATİSTİKA

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən idxal olunan avtomobillərin sayı açıqlanıb.

Demokrat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 9 ayda xaricdən ölkəmizə 67453 ədəd minik avtomobili gətirilib. Bu maşınlara ümumilikdə 1.091.749.400 ABŞ dolları xərclənib

Bundan başqa, 89 ədəd avtobus, 5062 ədəd yük avtomobili də Azərbaycana idxal olunub.

D
demokrat.az