Hadisə

Abşeron İcra Hakimiyyətində əməliyyat: Saxlanılanlar var

Abşeron İcra Hakimiyyətində əməliyyat: Saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

APA-nın əldə etdiyi xəbərə görə, İcra Hakimiyyətinin binasında əməliyyat ötən gün olub.

Əməliyyat zamanı saxlanılan şəxslərin olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdqiləyiblər. Əlavə məlumat veriləcəyi açıqlanıb.

D
demokrat.az