Sosial

Bu gün 13 qəsəbə və 10 kənddə qaz olmayacaq

Bu gün 13 qəsəbə və 10 kənddə qaz olmayacaq

"Əhmədbəyli" ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Demokrat.azxəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

D
demokrat.az