Gündəm Özəl

Hepatit A virusundan uşaqları necə qoruyaq? — Həkimdən AÇIQLAMA

Hepatit A virusundan uşaqları necə qoruyaq? — Həkimdən AÇIQLAMA

Mingəçevirdə dörd məktəbli Hepatit A virusuna yoluxub.

Valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilən xəstələrin vəziyyəti hazırda yaxşıdır.

Həkim-infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında uşaqları Hepatit A virusuna yoluxmaqdan qorumaq üçün diqqət edilməli məqamlara toxunub:

Hepatit A virusundan uşaqları necə qoruyaq? — Həkimdən AÇIQLAMA

“Hepatit A virusu fekal oral yolla yoluxur, yəni çirkli əllərlə təmas etdikdə. Xüsusən də kollektiv mühitin olduğu yerlərdə, məsələn məktəblərdə buna yoluxma halı ola bilər. Bir uşaqdan digərinə asanlıqla keçə bilir. Əlləri yaxşı yumaq, gigiyena qaydalarına, sanitar normalara əməl etmək lazımdır, valideynlər bu məsələlərə diqqət etməli, uşaqlarına izah etməlidirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova