“ İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də keçiriləcək V Konfransın Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir”.
Demokrat.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, tədbirin Bakıda keçirilməsi Təşkilata üzv ölkələrlə sosial sahənin inkişafına da təkan verəcək:
“Tədbir o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacaq”. Aysu Demokrat.az


