Hadisə Özəl

Qəzzadakı xəstələr Türkiyəyə aparılacaq

Qəzzadakı xəstələr Türkiyəyə aparılacaq

Qəzzada yaşayan bəzi xərçəng xəstələri əvvəlcə Misirə, ikinci mərhələdə isə təcili yardım təyyarəsi ilə Türkiyəyə aparılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“Birinci mərhələdə xərçəng xəstələrinin, xüsusilə də uşaqların Rəfah Sərhəd Qapısından Şeyx Zuveyd və Əl Ariş xəstəxanalarına köçürülməsi planlaşdırılır.

Xəstələri türkiyəli tibb işçiləri və onların misirli həmkarları ilə birlikdə müalicə etməyi planlaşdırırıq.

İkinci mərhələdə isə müvafiq xəstələrin təcili yardım təyyarələri ilə Türkiyəyə gətirilməsi nəzərdə tutulur”.

Aysu Demokrat.az

D
demokrat.az