Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, qəza ölkənin paytaxtı Ankarada baş verib.
Qəza yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.
İlkin baxış zamanı qəzada 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı öyrənilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


