Region Özəl

Hakan Fidan avstraliyalı həmkarı ilə danışdı

Hakan Fidan avstraliyalı həmkarı ilə danışdı

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bu gün Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Fələstin vətəndaşlarına qarşı hücumların və gərginliyin artdığı Qəzzada son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Hakan Fidan avstraliyalı həmkarına Qəzzada tam atəşkəsin yaradılmasının və humanitar yardımların fasiləsiz çatdırılmasının təcili olduğunu vurğulayıb.

Münaqişələrin bölgəyə yayılma riskinə toxunan Fidan, İsrailin Qəzzanı tamamilə hədəfə alması, xəstəxana və məktəbləri bombalaması beynəlxalq hüququn kobud şəkildə pozulmasına diqqət çəkib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova