Region Özəl

Prezident Ərdoğan dəfn mərasimində iştirak edib

Prezident Ərdoğan dəfn mərasimində iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum ilahiyyatçı Mahmud Esad Coşanın həyat yoldaşı Hacer Muhterem Coşanın cənazə namazına qatılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 82 yaşında dünyasını dəyişən Hacer Muhterem Coşan üçün dəfn mərasimi keçirilib.

Mərasimə qatılan prezident Ərdoğan mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Cənazə namazında Ərdoğanla yanaşı səhiyyə naziri Fahrettin Koca, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan, AK Partiya İstanbul Millət vəkili Süleyman Soylu, keçmiş Milli Təhsil Naziri İsmət Yılmaz və ailə yaxınları iştirak edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova