İsrail blokadada olan Qəzza zolağına hücumlara başlayandan bəri təxminən 30 milyard şekel (7,8 milyard dollar) borc alıb.
Demokrat.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bu yana təxminən 8 milyard dollar borc alınıb.
Ölkə dünən keçirilən həftəlik istiqraz hərracında yerli bazardan daha 3,7 milyard şekel (təxminən 1 milyard dollar) satın alıb.
Nazirliyin ümumi mühasibat departamenti bəyan edib ki, borclanma İsrailin maliyyə imkanlarına hökumətin bütün ehtiyaclarını tam və optimal şəkildə maliyyələşdirməyə imkan verib.
Aysu Demokrat.az


