Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində xəsarət almış Ayaz Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzada xəsarət almış digər şəxsin müalicəsi isə davam edir.
Bundan başqa, məlumata görə, eyni qəzadan daha 1 nəfər də xəstəxanaya müraciət edib. O, 1995-ci il təvəllüdlü T.Cəfərovdur.
Xatırladaq ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.


