Gündəm Özəl

Qəzzaya edilən hücumların sayı açıqlandı

Qəzzaya edilən hücumların sayı açıqlandı

İsrail blokadada olan Qəzza zolağına oktyabrın 27-dən bu yana 4300 hücum təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Bildirilib ki, İsrail quru qoşunları Qəzza zolağında hücumlarını davam etdirir.

İsrail ordusu bundan əvvəl oktyabrın 7-dən Qəzza zolağına 15 mindən çox hücum təşkil etdiyini bildirmişdi.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 4 min 609-u uşaq, 3 min 100-ü qadın olmaqla 11 min 180 adam həlak olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova