Sakaryanın Akyazı rayonunda yaşayan 104 yaşlı Mustafa Boğaz zəhməti ilə gənclərə örnək olur.
Demokrat.az xəbər verir ki, rayonun Quzulu kəndində yaşayan7 uşaq 70 nəvə sahibi Mustafa baba yaşının çox olmasına baxmayaraq kənd təsərrüfatı işləri ilə məşğul olmağı bacarır. O evdə bütün işləri özü görür. Odun doğrayır, rəng vurur, ot daşıyır, tarla işləri daxil hər işini özü edir.
Mustafa kişi hər səhər yerindən qalxdıqdan sonra sözügedən işlərlə məşğul olur. O bildirib ki, Allaha şükür 104 yaşına gəlib, namazını qılır, orucunu tutur: "Hətta mənə 'oruc filan tutma, dözə bilməzsən' dedilər amma mən orucumu da tuturam, namazımı da qılıram.


