İslamabad Beynəlxalq Hava Limanında ölkədən Qəzzaya ikinci humanitar yardım yola salınıb.
Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata görə, bölgəyə dərmanlar və ərzaq paketləri də daxil olmaqla 90 ton humanitar yardım şəxsi təyyarə ilə göndərilib.
Təyyarənin yola salınma mərasimində xarici işlər naziri Cəlil Abbas Cilani və Fələstinin İslamabaddakı səfiri Əhməd Cavad Rabei iştirak ediblər.
Aysu Demokrat.az


