Region Özəl

Ərdoğan Özbəkistana səfər edəcək

Ərdoğan Özbəkistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün sabah Özbəkistanın paytaxtı Daşkəndə gedəcək.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı iclası keçiriləcək.

2 gün davam edəcək sammitdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Ərdoğan liderlərlə yanaşı, heyətlərarası görüşlər keçirəcək.

Sammitdə iqtisadi əlaqələrlə yanaşı, İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova