Türkiyəli məşhur aktrisa Hande Erçel İtaliyada çəkdirdiyi yeni fotolarını paylaşıb.
Demokrat.az xəbər verir ki, fotolarda qırmızı paltara üstünlük verən Hande Erçelin geyiminin qiyməti məlum olub.
Yerli mətbuatın məlumatına görə, 17 min 361 lirə dəyərində məşhur brendin paltarını geyinən aktrisanın ayaqqabısı isə 44 min 152 lirədir.
Qeyd edək ki, 29 yaşlı Hande Erçelin 31,2 milyon izləyicisi olan İnstaqram səhifəsində paylaşdığı paylaşım kütləvi marağa səbəb olub.
İtaliyada çəkdirdiyi pozaları bir-birinin ardınca yayımlayan məşhur ad qısa zamanda 1,5 milyon bəyənmə toplayıb.
Aysu Demokrat.az


