Gündəm Özəl

“Satışda təmiz kərə yağları da var” — Ekspert

“Satışda təmiz kərə yağları da var” — Ekspert

Hazırda Azərbaycanda bir çox ölkələrin istehsalı olan müxtəlif markaların kərə yağları satılır. Bu yağların keyfiyyəti hər zaman müzakirə mövzusu olub.

“Ölkədə kərə yağı adı altında satılan yağların 85 faizi təmiz deyil və əksəriyyətinin tərkibi orqanizm üçün zərərlidir”.

Bunu Demokrat.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu yağların bəziləri naməlum heyvan yağları və piylərindən, bitkilərdən, bir qismi isə mənşəyi bilinməyən kimyəvi qatqılardan hazırlanır:

“Kərə yağının dadının və qoxusunun gəlməsi üçün onların tərkibinə xüsusi maddələr qatıb, istehlakçıları aldadırlar. Belə yağların istehsalında sağlamlıq üçün təhlükəli olan quru süddən də çox istifadə olunur.

Hətta xaricdən ölkəyə gətirilən kərə yağları burada saxtalaşdırılır, qablaşdırma zamanı onlara piy, marqarin və digər yağlar qarışdırırlar. Bu yolla həm də işbazlar yağın çəkisini artırırlar. Yağları kəsəndə görürük ki, qatlarında və rəngində dəyişiklik olur. Əsl kərə yağı tez xarab olmalıdır. Satışda olan yağların istifadə müddəti ona görə uzundur ki, tərkibində müxtəlif kimyəvi maddələr var”.

Ekspert deyib ki, satışda Yeni Zelandiyadan gətirilən təmiz kərə yağları da var:

“Satışda təmiz kərə yağları da var” — Ekspert

“Bu yaxınlarda Yeni Zelandiyanın “Westland Milk Products” şirkətində oldum. Azərbaycan dilində yağların necə markalanmasını gördüm. Fermer təsərrüfatında da oldum və yağın Azərbaycana münasibət qiymətə gəlməsi barədə maraqlandım. Məlum oldu ki, orada heyvanların qış bəslənməsi yoxdur. Heyvanlar ilboyu çöllərdə otlayır, bizdəki kimi xüsusi yem verilmir. Böyük ərazilər var və heyvanlar günorta sağmaq üçün gətirilirlər. Ümumiyyətlə Yeni Zelandiyada ətraf-mühit çox yaxşı qorunur, heyvanlar da təbii bəslənir. Ölkənin gəlirinin böyük hissəsini heyvandarlıq məhsulları təşkil edir. Yeni Zelandiyadan bir çox şirkətlər Azərbaycana yağ ixrac edir. “West Gold” markasına məxsus yağların necə hazırladığını gözümlə gördüyüm üçün, ona üstünlük verirəm. Azərbaycana fransız, alman istehsalı olan yağlar da gətirilir. Azad İstehlakçılar Birliyinin həmin ölkələrdə də kolleqaları var. Mənə verilən məlumata görə həmin yağlar da normal yağlardır. Amma Yeni Zelandiyanın “Anchor” yağlarının illər öncə uzun müddət Gürcüstandan saxta variantının gəlməsi müşahidə olunurdu, indi vəziyyətin necə olduğunu bilmirəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova