Kökəlmək və arıqlamaq məqsədilə qəbul edilən dərman preparatlarının insan sağlamlığına ziyanları barədə çox danışılsa da, asan yolu seçən şəxslər yenə də bu dərmanlar üçün apteklərə qaçırlar.
Endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a açıqlamasında deyib ki, tibbin qanunlarına görə kəskin dəyişiklik verən pəhrizlər məsləhət deyil. Bu, orqanizmin maddələr mübadiləsini daha da poza bilər.
"Əksər hallarda alınan və ya verilən çəki pəhriz bitdikdən sonra ilkin vəziyyətə qayıdır ( 10 haldan 8-9-da). Çəki almağı artıran dərmanlar hormonal preparatlar olur, xüsusilə ya steroid hormonların, ya da deksametazon. Steroidlər əzələ kütləsini artıra bilir( əgər xəstə kifayət qədər zülal qəbul edirsə) . 
Törə Zeynallı Demokrat.az


