Kriminal

Arvadını qətlə yetirən kişi saxlanıldı

Arvadını qətlə yetirən kişi saxlanıldı

Noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.

Araşdırma aparılır.

D
demokrat.az