Kriminal Özəl

Azərbaycanda 2 azyaşlı övladını öldürən ata azadlığa çıxmaq istəyir — İDDİA

Azərbaycanda 2 azyaşlı övladını öldürən ata azadlığa çıxmaq istəyir — İDDİA

Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən Əmrah Xıdır oğlu Süleymanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əmrah Süleymanov bununla bağlı Qaradağ rayon Məhkəməsinə müraciət edib.

Onun şikayətinə Şəfa Dadaşovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə prosesi noyabrın 3-də keçiriləcək.

Xatırladaq ki, Əmrah Süleymanov cəzanın 12 ilini çəkib.

O, cəzasının yerdə qalan hissəsini isə şərti olaraq azadlıqda çəknmək istəyir.

Qeyd edək ki, 2012-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2011-ci ilin oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.

Əmrah Süleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Əmrah Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb.

Əmrah Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az