“Kanadanın Azərbaycana təzyiq göstərməsi tamamilə lüzumsuz hərəkətdir. Kanada özü müstəqil dövlət deyil, faktiki olaraq onun özünü proksi dövlət elan etmək olar. Birincisi ona görə ki, Birləşmiş Krallığın tərkibindədir, dövlətin rəhbəri Britaniya monarxı sayılır, digər tərəfdən də özünün müstəqil siyasəti yoxdur. Qərb dünyası Kanadanı istismar edir ki, siyasi meydanlarda bu ölkə onların demək istəmədiklərini desin. Kanada vasitəsilə digər ölkələrin daxili işlərini müdaxilə edir, onlara təzyiq göstərir, sanksiyalarla hədələyirlər. Necə ki, indi bunu Azərbaycana qarşı görürük”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Kanadanın Azərbaycana ehtiyacı var və bunu unutmamalıdır:
“Kanada Mərkəzi Asiya ölkələrindən bir çox malları məhz Azərbaycan vasitəsilə nəql edir. Kanada qırmızı xətləri keçməklə böyük riskə gedir. Azərbaycan Kanadanın daxili işlərinə müdaxilə etmir, bunu nəzərə almalıdırlar. Xanım Coli çalışır ki, ermənilərin maraqlarından çıxış etsin, bu, qeyri-ciddi siyasətin təzahürüdür. Bu dövlət uğurlarımızı həzm edə bilməyənlər sırasındadır, bizim belə bir “xəstəliy”imiz yoxdur.
Bilməlidirlər ki, Azərbaycan diplomatiyası gözügötürməyənlərin cavabını verməyə hər an hazırdır. Biz düşmən yox, dost axtarırıq”.
Törə Zeynallı Demokrat.az


