Gündəm Özəl

"Vaqif Xaçaturyanın ləqəbi də olub, onu "Vaqir" kimi çağırıblar" — Meşəli sakini

Vaqif Xaçaturyanın ləqəbi də olub, onu Vaqir kimi çağırıblar — Meşəli sakini

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmiş Nadir Əkbərov ifadə verib.

Demokrat.az xəbər verir ki, zərərçəkmiş Nadir Əkbərovun sözlərinə görə, Vaqif Xaçaturyan tanıyıb:

"1991-ci ilin dekabrında kəndə olub. Kəndə hücum etdilər. Kəndimizə hücum edənlər arasında Vaqif də olub. O, qatildir. Ata, anamı öldürüb. Mən Vaqifi yaxşı tanıyıram. Azərbaycan dilində elan edirdilər ki, təslim olun, qıran deyilik. Sonra erməni və rus dilində elan etdilər. Küçəyə çıxanı vurdular. Yaşlı, uşaq bilmədilər".

Zərərçəkmiş deyib ki, Vaqif, Armayis və digər şəxslər də hücum edənlər olub:

"Mən Vaqifi yaxşı tanıyırdım. Həbs olunan kimi onu tanıdım. Bunu qohumlarını da yaxşı tanıyırdım. Mənim münasibətim olmayıb. Vaqif Xaçaturyanın ləqəbi də olub. Onu öz kəndlərində "Vaqir" kimi çağırıblar".

Fariz Məlikli Demokrat.az

D
demokrat.az