Hadisə Özəl

Avtomobil yük maşınına çırpıldı: 2 ölü

Avtomobil yük maşınına çırpıldı: 2 ölü

Türkiyədə minik avtomobili yük maşınına çırpılıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Əskişehir vilayətində baş verib.

Qəza bölgəsinə dərhal təcili tibbi yardım və polis qrupları göndərilib.

İlkin baxış zamanı qəzada 2 nəfərin öldüyü müəyyən edilib.

Qəza səbəbindən bağlanan yolda təxminən 10 kilometr uzunluğunda növbə yaranıb. Maşınlar çıxarıldıqdan sonra yol yenidən hərəkət üçün açılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova