Türkiyədə Təhlükəsizlik qüvvələri tərəfindən FETÖ-yə qarşı daha bir əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və antiterrorizm Şöbə Müdirliyi terror təşkilatına qarşı ölkənin 8 vilayətində əməliyyat keçirib.
Əməliyyatlar nəticəsində təşkilata üzv olduğu müəyyən edilən 23 şübhəli saxlanılıb.
Polis bölməsində əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib.
Aysu Demokrat.az


