Türkiyənin Konya vilayətində 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda xilasetmə və polis qrupları göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


