Dünya Özəl

Ərdoğan Somali prezidenti ilə görüşdü

Ərdoğan Somali prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyh Mahmud ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə İsrail- Fələstin münaqişəsi, Türkiyənin Qəzzaya humanitar yardım səyləri və humanitar atəşkəs üçün atılacaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüşdə müsəlman ölkələrindən Fələstin xalqına dəstək mesajlarının əhəmiyyətli olduğunu bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova