Şou-biznes

"Yaşamadığım evimə 45 manat işıqpulu gəlib"

Yaşamadığım evimə 45 manat işıqpulu gəlib

"6 il Xırdalanda yaşamışam. İndiyə kimi də orada evim var. Amma 6 ildən çoxdur ki, o mənzildən köçmüşəm. O gün evimə baş çəkmişəm və “Azərişıq” ASC-nin tərəfindən mənə 45 manat 13 qəpik borc yazılıb. Yaşamadığım evdə, yəni suyundan, işığından istifadə etmədiyim evdə, maksimum 2 aydan bir qadınlar oranı yığışdırırarlar. Bir manatlıq işıq yaza bilər".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" proqramında deyib. “Azərişıq” ASC-dən şikayət edən Tolik yaşamadığı evi üçün işıqpulunun çox gəldiyindən şikayətlənib:

"Necə yaşamadığım ev üçün 45 manat işıqpulu yaza bilər? Hələ mənə xəbərdarlıq da göndəriblər. Gedib ödədim. Belə də olmaz, hər şeyin qayda-qanunu var. Hansı əsasla bu qədər pul ödəməliyəm?".

NE
Nihadə Eyyubova