Dünya Özəl

Slovakiyada koalisiya hökuməti fəaliyyətə başladı

Slovakiyada koalisiya hökuməti fəaliyyətə başladı

Slovakiyada Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, 4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fico yeni kabinetin təsdiqləməsindən sonra təşkil edilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.

Qeyd edək ki, Ficonu təbrik edən ilk liderlər arasında Macarıstanın Baş naziri Viktor Orban və Serbiya Prezidenti Aleksandar Vuçiç yer alıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova