Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda 33 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusu tərəfindən keçirilən əməliyyatlar nəticəsində son bir həftədə 33 terrorçu zərərsizləşdirilib.
İl ərzində zərərsizləşdirilən terrorçuların sayı 715, 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı isə 39 min 58 olub.
Aysu Demokrat.az


