Gündəm Özəl

Gürcüstan Tehran görüşündən niyə imtina etdi? — ŞƏRH

Gürcüstan Tehran görüşündən niyə imtina etdi? — ŞƏRH

Gürcüstan Tehranda “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək görüşdə iştirak etməkdən imtina edib.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir.

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, 2008-ci il müharibəsindən sonra Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil respublika elan etməsi, daha sonra bu əraziləri ilhaq etməsi münasibətlərdə soyuqluğa səbəb oldu. O, Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstana Qərblə Rusiya arasında seçim şansı verildikdə Qərbə inteqrasiyanı seçdi:

Gürcüstan Tehran görüşündən niyə imtina etdi? — ŞƏRH

“Rusiya ilə sərhədlərin açılması, aviareyslərin bərpası, iqtisadi əməkdaşlıq ölkədə böyük narazılıqla qarşılanmışdı. Zurabişvili hökumətin bu mövqeyini tənqid etmişdi.

Qərb ölkələri Gürcüstanı Rusiya ilə yaxınlaşmaqdan çəkindirirlər. Avropa İttifaqı və ABŞ dəfələrlə açıq şəkildə Gürcüstanı sanksiyalardan yayınmaq üçün Rusiyaya kömək etməməyə çağırıb. Düşünürəm ki, Gürcüstan hökuməti Qərbdə Rusiyanın orbitində görünməmək, eyni zamanda İranla da yaxınlıq təəssüratı yaratmamaq üçün görüşdə iştirakdan imtina edib. Çünki Gürcüstanın son zamanlar Rusiya ilə yaxınlaşması Qərbdə narazılıqla qarşılanır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova