Media

“Haber global”ın beynəlxalq konfransdan reportajı — VİDEO

“Haber global”ın beynəlxalq konfransdan reportajı — VİDEO

Türkiyənin “Haber global” telekanalı oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransdan reportaj hazırlayıb.

Demokrat.az xəbər verir ki, reportajda Parisin müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi aparan 14 ölkədən nümayəndələrin iştirak etdikləri vurğulanıb.

Fransanın keçmiş müstəmləkələrinin daxili işlərinə qarışmaları izləyicilərin nəzərinə çatdırılıb.

Bildirilib ki, 30 il Azərbaycan torpaqlarının işğalını dəstəkləyən Parisin müstəmləkəsi altında olan dövlətlərdə etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozlması faktları qeydə alınıb.

Həmçinin konfransda Fransanın keçmiş müstəmləkərində yerli əhaliyə qarşı ağır işgəncələr verildiyini və insan haqlarının pozulmasını sübut edən fotosərgi nümayiş olunub.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

D
demokrat.az