Hadisə Özəl

İŞİD terrorçularını maliyyələşdirən 17 nəfər saxlanıldı

İŞİD terrorçularını maliyyələşdirən 17 nəfər saxlanıldı

Türkiyədə İŞİD terrorçularını maliyyələşdirən 17 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, İstanbulda yerləşən 20 yaşayış və 7 iş yerində eyni vaxtda polis tərəfindən əməliyyat aparılıb:

"Əməliyyatlar zamanı 17 şübhəli nəzarətə alınıb. Bundan əlavə 222 min lirə, 32 min 480 avro, 15 min 900 dollar nağd pul və çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib. Əməliyyatları təşkil edən polis əməkdaşlarımızı təbrik edirəm. Terrorçularla mübarizəmiz qətiyyətlə davam edəcək".

Aysu Demokrat.az

D
demokrat.az