ABŞ Prezidenti Co Bayden İordaniyanın paytaxtı Əmmana səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi açıqlama verib.
O bildirib ki, Co Bayden sabah İsrailə səfər etdikdən sonra İordaniyanın paytaxtı Əmmana da gedəcək.
Burada İordaniya kralı Abdulla, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasla görüşəcək.
Görüşlə bağlı çox təfərrüat paylaşmasa da, səfərin qısa olacağı bildirilir.
Aysu Demokrat.az


