Daxili siyasət

Naxçıvanda yeni təyinat — Nazirin səlahiyyətlərini o icra edəcək

Naxçıvanda yeni təyinat — Nazirin səlahiyyətlərini o icra edəcək

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

Demokrat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

D
demokrat.az