Cəmiyyət

Mediasiya ilə bağlı müraciətlər üçün yeni elektron imkan yaradıldı

Mediasiya ilə bağlı müraciətlər üçün yeni elektron imkan yaradıldı

Vətəndaşlar "mygov" platforması vasitəsilə Mediasiya Şurasına rəsmi müraciətlərini rahatlıqla ünvanlaya bilərlər.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ölkəmizdə aparılan rəqəmsal, innovativ islahatlara uyğun olaraq vətəndaşlar Mediasiya Şurasına müraciətlərini artıq elektron qaydada ünvanlaya biləcəklər. Bu müraciətlər evdən, ofisdən və olduğun məntəqədən çıxmadan, heç bir kağız daşıyıcının rolu olmadan ünvanlana biləcək. Eyni zamanda, vətəndaşların müraciətləri zamanı müraciətlərin statusu, göndərilməsi, müraciətə baxılması müddətlərinin izlənməsi, müraciətlərin operativ şəkildə heç bir kağız daşıyıcının iştirakı olmadan cavablandırılması prosesləri öz həllini tapacaqdır. Həmçinin, platforma üzərindən olan müraciətlərin məxfiliyi təmin ediləcəkdir.

Vətəndaşlar, dövlət qurumları və aidiyyəti qurumlar ilə qarşılıqlı əlaqələrin daha əlçatan, çevik və rahat təşkili məqsədilə "mygov" platforması üzərindən rəsmi müraciət və məktubların göndərilməsi imkanının təmin edilməsi vətəndaş və Mediasiya Şurası arasında çevik kommunikasiyanı təmin etməklə yanaşı, vətəndaşlardan daxil olan mediasiya prosesləri ilə bağlı təkliflər, iradlar, şikayətlər və sorğular vasitəsi ilə mediatorlar və mediasiya təşkilatları tərəfindən mediasiya proseslərinin keyfiyyətli təşkilinə də ciddi təkan verəcəkdir.

Mediasiya Şurasına müraciətlərin ünvanlanması həm "mygov" mobil tətbiqi, həm də https://my.gov.az/ veb-portal vasitəsilə həyata keçirilir.

"mygov" mobil tətbiqi vasitəsilə müraciət qaydası:

Mobil tətbiqə daxil olun və aşağı naviqasiya panelində yerləşən "Daha çox" bölməsinə keçin à Açılan pəncərədə "Dövlət qurumlarına rəsmi məktub" bölməsini seçin à "Yeni müraciət" düyməsinə sıxın və "mygov" tərəfindən təqdim olunan sualı cavablandırın à "Qurum" hissəsindən müraciət etmək istədiyiniz müvafiq dövlət qurumunu və ya Mediasiya Şurasını seçin à "Müraciətin tipi" bölməsində məzmununa uyğun olaraq Təklif, İrad, Şikayət, Ərizə, Sorğu və ya digər müvafiq növü seçin à Müraciətin mətnini aydın və dəqiq şəkildə qeyd edin. Əgər əlavə sənədiniz varsa, "Fayl yükləyin" hissəsindən müraciətə qoşma fayl eləve edin (fayl yoxdursa, bu addımı buraxa bilərsiniz) à "Davam et" düyməsini sıxaraq növbəti səhifəyə keçin à Bu mərhələdə elektron poçt ünvanınızı, əlaqə nömrənizi daxil edin və cavab almaq istədiyiniz üsulu seçin à "Davam et" düyməsini klikləyərək "İmzala və göndər" səhifəsinə keçid edin à Məlumatların doğruluğunu yoxladıqdan sonra müvafiq imzalama üsulunu seçib müraciəti imzalayaraq rəsmi şəkildə quruma ünvanlayın.

https://my.gov.az/https://my.gov.az/ (Veb-portal) vasitəsilə müraciət qaydası:

https://my.gov.az/ keçidinə daxil olaraq portala giriş edin.

Səhifənin yuxarı sağ küncündə yerləşən mesaj (məktub) ikonuna klikləyin à Açılan pəncərədə "Dövlət qurumlarına müraciət" bölməsini seçin və "Yeni müraciət" hissəsinə klikləyin à Sistem tərəfindən ünvanlanan sualı cavablandırdıqdan sonra müraciət etmək istədiyiniz qurumu seçin à Müraciətin tipini seçin və mətn hissəsini doldurun. Əgər varsa, "Fayl yükləyin" bölməsindən qoşma faylınızı əlavə edin à "Davam et" düyməsini sıxaraq elektron poçt ünvanı, əlaqə nömrəsi və cavab alma üsulunu daxil edib təsdiqləyin à Növbəti mərhələdə müraciətin nümunəvi formasını gözlədən pəncərədə nəzərdən keçirin à Məlumatlar düzgündürsə, "İmzala və göndər" düyməsini klikləyin, təqdim olunan imzalama seçimlərindən birini istifadə edərək məktubu imzalayın və aidiyyəti quruma göndərin.

Vətəndaşların və maraqlı tərəflərin diqqətinə çatdırırıq ki, Mediasiya Şurası tərəfindən hazırlanmış elektron mediasiya portalı yaxın zamanlarda istifadəyə veriləcək. Bununla da vətəndaşlar mediasiya prosesləri ilə əlaqədar müraciətlərini elektron formada mediasiya təşkilatlarına ünvanlaya biləcəklər.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qeyd edilən imkanı Mediasiya Şurasına yaratdığına görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Nazirliyin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə Mediasiya Şurası adından dərin təşəkkür edirik

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

· LinkedIn

· Facebook

· Instagram

Editor
Redaktor