Hadisə

Ödənişli yolda ağır qəza — Ölən var

Ödənişli yolda ağır qəza — Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb.

Demokrat.az xəbər verir ki, "Mercedes" markalı yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı 1995-ci il təvəllüdlü Turqay Qasimov avtomobildə sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi vasitələrlə onun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzanın səbəbləri araşdırılır.

Editor
Redaktor