Kriminal

Meyiti basdırdıqları həyətdə toy etdilər

Meyiti basdırdıqları həyətdə toy etdilər

Türkiyədə 10 il əvvəl itkin düşən 27 yaşlı Mehmet Çabukun qətlə yetirildiyi məlum olub. Cinayəti etiraf edən İbrahim Ozan Düzgünün qurbanın meyitini basdırdığı həyətdə bir neçə gün sonra toy etdiyi üzə çıxıb.

Bir uşaq atası olan Mehmet Çabuk 2016-cı ildə müəmmalı şəkildə yoxa çıxıb. Oğlunu tapmaq üçün "Müge Anlı ilə Tatlı Sert" proqramına müraciət edən anası Aynur Çabukun səyləri nəticəsində hadisənin üstü 10 il sonra açılıb.

Başqa cinayətlərə görə həbsdə olan İbrahim Ozan Düzgün ifadəsində bildirib ki, 2016-cı il yanvarın 26-da Mehmet Çabukla Ankaradan Osmaniyəyə gəlib. Aralarında yaranan mübahisə zamanı Çabukun başına küt alətlə zərbə vuraraq onu öldürüb, meyitini isə evin həyətində basdırıb.

Məlumata görə, cinayətdən bir neçə gün sonra İbrahim Ozan Düzgün İlknur Düzgünlə həmin həyətdə toy edərək evlənib. O, uzun illər hüquq-mühafizə orqanlarından yayınmaq üçün qətlə yetirdiyi şəxsin şəxsiyyətindən istifadə edib.

Meyitin qalıqlarının tapılması üçün hadisə yerində qazıntı işlərinə başlanılıb. Faktla bağlı istintaq davam edir.

Editor
Redaktor