Tovuz rayonunda 59 yaşlı kişi tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun Əyyublu kəndində baş verib.
1967-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində tanışı Əhlimanla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisə zamanı Məmməd yumruqla Əhlimanın sifət nahiyəsinə bir zərbə vuraraq ona xəsarət yetirib.
Zərərçəkmişin şikayəti əsasında Məmmədə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmişin də ona qarşı şikayət və tələbinin olmadığı müəyyən edilib.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


