Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.
Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


