Hadisə

Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər

Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər

Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər.

“Report”un Muğan bürosunun məlumatına görə, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.

Qardaşlar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova