Gündəm Özəl

Xaçaturyan məhkəmə qarşısında: Qərar elan olundu

Xaçaturyan məhkəmə qarşısında: Qərar elan olundu

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün məhkəmə qarşısına çaxarılıb.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edib.

Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılıb. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Prosesdə təqsirləndirilən şəxsə erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqları izah edilib.

Məhkəmədə çıxış edən Xaçaturyan Vaqif hüquqlarının ona aydın olduğunu deyib.

Daha sonra çıxış edən Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov bildirib ki, cinayət işi üzrə qanun pozuntusuna yol verilməyib. Prokuror işin məhkəmə baxışına verilməsini təklif edib.

Həmçini prokuror cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığın deyib.

Prosesdə iştirak edən zərərçəkmiş Xocalı rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Murad Hüseynov və zərərçəkmiş Meşəli kənd sakini Hüseyn Hembitov işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Həmçinin Xaçaturyan Vaqif və onun vəkili Natiq Bəybalayev də işin məhkəmə baxışına verilməsini istəyiblər.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan ediblər

Qərara görə məhkəmə baxış oktyabrın17 -nə təyin olunub.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az