Gündəm Özəl

"Sərnişin sıxlığı azalacaq" — YENİLİK

Sərnişin sıxlığı azalacaq — YENİLİK

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır. Qatar heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50 və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45 və 20:05-də hərəkət edəcək.

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, ekspres qatarının fəaliyyətə başlaması sərnişin sıxlığının azalmasına təsir edəcək:

Sərnişin sıxlığı azalacaq — YENİLİK

“Ekspres qatar və avtobusların əsas mahiyyəti sərnişini bir nöqtədən götürüb, digər nöqtəyə çatdırmaqdır. Müntəzəm marşrut xətləri kimi hər stansiyada dayanmır, mənzil başına daha sürətli çatmağı təmin edir. Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığını bu yolla azaltmaq mümkündür. Sərnişinlər artıq şəxsi avomobil və ya manatlıq taksilərə deyil, ekspres qatarlarla hərəkətə üstünlük verəcəklər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova